• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın Cəbrayıl filialının açılışı baş tutdu

Kapital Bank-ın Cəbrayıl filialının açılışı baş tutdu
09.10.2024 16:01
Ölkənin birinci bankı Kapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək. Cəbrayıl rayonu, Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışında dövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər. 

Açılışda çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindən biri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçün tarixi hadisə olaraq dəyərləndirib. "30 il sonra azadlığına qovuşan doğma yurdumuza qayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir. Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyəti dayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onların bizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də  bütün Qarabağ bölgəsi üçün faydalı olacaq”. 
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışı planlaşdırılır. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol