Rusiya Azərbaycan qazının ötürüldüyü stansiyasını vurub — Kiyev

Rusiya Ukraynanın Rumıniya sərhədinə yaxın yerləşən qaz infrastrukturuna zərbə endirib. Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Hücum edilən stansiya ABŞ və Azərbaycandan Ukraynaya qaz tədarükündə istifadə olunur.
Kiyevin məlumatına görə, hücum zamanı onlarla drondan istifadə olunub.
Ziyanın miqyası hələ açıqlanmayıb.
Ukrayna son aylarda Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycan və ABŞ-dan qaz idxalını artırıb.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















