• $
  • £

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır
05.11.2025 15:44

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. Belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər.  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA
İqtisadiyyat 14:20
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb
İqtisadiyyat 13:21
"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
İqtisadiyyat 11:53
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:35
Qızıl və gümüş ucuzlaşıb


Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb
İqtisadiyyat 10:18
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:17
Bu günün valyuta məzənnələri açıqlanıb
Bitkoin bahalaşıb
İqtisadiyyat 22:28
Bitkoin bahalaşıb
AMB iki şirkəti ümumilikdə 52 min manat cərimələyib
İqtisadiyyat 12:58
AMB iki şirkəti ümumilikdə 52 min manat cərimələyib
Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin
İqtisadiyyat 12:32
Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol