• $
  • €
  • ₽
  • ₺
  • £

Birİçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb

Birİçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
20.05.2026 15:02

 

 

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş, e-ticarət ekosistemi olan Bir və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Tərəfdaşlığın əsas məqsədi Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından olan İçərişəhərdə sakinlər, sahibkarlar və turistlər üçün təqdim edilən təcrübəni rəqəmsal innovasiyalarla zənginləşdirməkdir.

Memoranduma əsasən, Bir ekosistemi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdə ziyarətçilərin rahatlığını artırmaq üçün süni intellektə əsaslanan rəqəmsal həllər təqdim edəcək. Həyata keçirilməsi planlaşdırılan təşəbbüslərə ağıllı naviqasiya alətləri, çoxdilli rəqəmsal bələdçilər, QR-koda əsaslanan məlumat sistemləri, süni intellekt dəstəkli çatbot və istifadəçi təcrübəsini asanlaşdıracaq vahid mobil veb-sayt daxildir.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov çıxışı zamanı layihənin əhəmiyyətini vurğulayaraq ölkəmiz adına vacibliyini qeyd edib: "Bu tərəfdaşlıq texnologiya və innovasiyalar vasitəsiləinsanların gündəlik həyatını daha sadə, ağıllı vəəlçatan etmək əzmimizi əks etdirir. Biz bankçılıq, ödəniş və e-ticarət ekosistemimizin üstünlüklərini bir araya gətirərək daha rahat və inteqrasiya olunmuş şəhər mühiti yaratmaqla Azərbaycanın rəqəmsal transformasiyasına dəstək olmaqdan qürur duyuruq. İçərişəhər ölkəmizin ən mühüm mədəniyyət rəmzlərindəndir. İnanırıq ki, sakinlər və qonaqların bu tarixi məkan və onun xidmətləri ilə təmasına innovativ həllər qatmaq böyük perspektivlər vəd edir".

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə Bir ekosistemlə baş tutan bu əməkdaşlığın xalqımızın tarixi irsinə mühüm töhfə olduğunu qeyd edib: "İçərişəhər hazırda tarixi irsin qorunmasını, rəqəmsal idarəetməni və davamlı şəhər idarəçiliyini innovativ texnologiyalar vəməlumatlara əsaslanan həllərlə birləşdirən "Ağıllı Qoruq" (Smart Reserve) modelinə doğru irəliləyir. Tarixi irsimizin qabaqcıl texnologiyalarla vəhdəti həm sakinlər, həm yerli sahibkarlar, həm də hər il Bakıya səfər edən milyonlarla turist üçün qüsursuz və yaddaqalan təcrübə formalaşdıracaq. Biz Bir ekosistemi ilə bu mühüm təşəbbüsdətərəfdaşlıq etməkdən məmnunuq və həm əlçatanlığı artıran, həm də unikal mədəni irsimizin qorunmasına xidmət edən ağıllı texnologiyaların tətbiqini səbirsizliklə gözləyirik".

Bu Anlaşma Memorandumu hazırda 5 milyondan çox insana xidmət göstərən Bir ekosisteminin əhatədairəsini daha da genişləndirəcək. Layihəçərçivəsində İçərişəhərin rəqəmsal bankçılıq vəödəniş infrastrukturunun gücləndirilməsi, muzey və tədbir biletlərinin satışının rəqəmsallaşdırılması, həmçinin Vahid Ziyarətçi Mərkəzinin və loyallıq proqramının istifadəyəverilməsi nəzərdə tutulur. Bütün bunlar İçərişəhəri ziyarət edənlərə qüsursuz rəqəmsal təcrübənin təqdim olunmasına xidmət edəcək.

Qeyd edək ki, hazırda Bakı BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edir. Sürətli urbanizasiyanın cəmiyyətə, şəhərlərə, iqtisadiyyata və iqlim dəyişikliyinətəsirlərini öyrənmək məqsədi ilə hələ 2001-ci ildəBMT tərəfindən təsis edilən bu mötəbər qlobal tədbir Qafqaz regionunda ilk dəfədir keçirilir. İçərişəhərin rəqəmsallaşdırılması layihəsi də məhz WUF13 çərçivəsində geniş ictimaiyyətə təqdim olunub.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətəbaşlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan vəBakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: //bir.az/

 

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol