• $
  • €
  • ₽
  • ₺
  • £

"Qafqaz-Kredit" BOKT 2025-ci ili zərərlə başa vurub; kredit portfeli kiçilib

"Qafqaz-Kredit" BOKT 2025-ci ili zərərlə başa vurub; kredit portfeli kiçilib
06.06.2026 17:37

Qafqaz-Kredit" BOKT 2025-ci ili zərərlə başa vurub; kredit portfeli kiçilib

Azərbaycanın "Qafqaz-Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2025-ci maliyyə ilini 26 266 manat xalis zərərlə yekunlaşdırıb. Təşkilatın açıqladığı maliyyə hesabatına görə, BOKT əvvəlki 2024-cü ili 53 563 manat xalis mənfəətlə bağlamışdı.

Şirkətin zərərə düşməsinə əsas səbəb inzibati xərclərin və ehtiyat ayırmalarının artması fonunda əsas əməliyyat gəlirlərinin kəskin azalması olub.

Hesabata əsasən, hesabat dövründə təşkilatın xalis faiz gəlirləri illik müqayisədə 18,8% azalaraq 290 182 manata düşüb. Gəlir bazasının daralmasının əsas drayveri kreditləşmə aktivliyinin zəifləməsi olub: müştərilərə verilmiş xalis kreditlər və avanslar il ərzində 6,6% kiçilərək 1,029 milyon manata enib. Bunun nəticəsində BOKT-un cəmi aktivləri 4,1% azalaraq 1,144 milyon manat təşkil edib.

Gəlirlərin azalması xərclərin artması ilə müşayiət olunub. Belə ki, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyat xərcləri 18,1% artaraq 47 490 manata, inzibati və digər əməliyyat xərcləri isə 15,6% artaraq 262 901 manata yüksəlib. Digər gəlirlərin 95,2% azalaraq cəmi 639 manata düşməsi də maliyyə nəticələrinə mənfi təsir göstərib. Yekunda BOKT-un vergidənəvvəlki zərəri 28 457 manat təşkil edib (2024-cü ildə 66 954 manat mənfəət olub).

Digər tərəfdən, BOKT borc yükünü əhəmiyyətli dərəcədə azalda bilib — cəmi öhdəliklər 56% azalaraq 16 022 manata düşüb. Eyni zamanda, pul vəsaitləri və onların ekvivalentləri 134,4% artaraq 28 768 manata çatıb ki, bu da kredit bazarına yönəldilməyən sərbəst likvidliyin mövcudluğundan xəbər verir.

Bölüşdürülməmiş mənfəətin azalması fonunda təşkilatın cəmi kapitalı 2,4% geriləyərək 1,128 milyon manat olub. Nizamnamə kapitalı dəyişməyərək 592 000 manat səviyyəsində qalıb.

Təsisçilərin pay bölgüsü isə sabit qalıb: Xalisə Əminova — 33,4%, Arif Qurbanov — 33,3% və Züleyxa Rəsulova — 33,3%.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:01
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
İqtisadiyyat 11:18
Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
İqtisadiyyat 09:51
“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol