• $
  • €
  • ₽
  • ₺
  • £

Kraudfandinq mexanizmləri Azərbaycanda hələ mövcud deyil - nazir müavini

Kraudfandinq mexanizmləri Azərbaycanda hələ mövcud deyil - nazir müavini
17.06.2026 14:18

Azərbaycanda innovasiya əsaslı iqtisadiyyatın inkişafı, startapların maliyyələşməsi və texnologiya sektoruna investisiyaların artırılması məqsədilə yeni qanunvericilik mexanizmləri hazırlanır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırlanmış dəyişikliklər paketi vençur kapitalı fondlarının və kraudfandinq platformalarının fəaliyyətinin hüquqi əsaslarının yaradılmasını, startapların maliyyələşdirilməsi üçün yeni alətlərin qanunvericilikdə tanınmasını, həmçinin texnologiya sektoruna müxtəlif təşviqlərin tətbiqini nəzərdə tutur.

Nazir müavini qeyd edib ki, müasir dövrdə ölkələrin iqtisadi rəqabət qabiliyyəti artıq yalnız təbii resurslar və istehsal imkanları ilə deyil, texnologiya, innovasiya və insan kapitalı ilə müəyyən olunur.

“Bu gün süni intellekt, məlumat mərkəzləri və rəqəmsal platformalar iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Azərbaycanın strateji hədəflərindən biri regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməkdir”, - Həsənov vurğulayıb.

Nazir müavini innovativ şirkətlərin maliyyə alətlərinə çıxışında hüquqi boşluqların mövcud olduğu qeyd edib. 

Rəşad Həsənov bildirib ki, vençur kapitalı fondlarının fəaliyyəti üçün tam hüquqi çərçivə formalaşmayıb, kraudfandinq mexanizmləri mövcud deyil, bəzi müasir maliyyə alətləri isə qanunvericilikdə tanınmır.

Hazırlanan dəyişikliklər üç əsas istiqaməti əhatə edir.

Birinci istiqamət vençur kapitalı və kraudfandinq ekosisteminin yaradılmasıdır. Bildirilib ki, girov və uzun maliyyə tarixçəsi olmayan startapların bank kreditlərinə çıxışı məhdud olduğundan, alternativ maliyyələşmə mexanizmlərinə ehtiyac var.

İkinci istiqamət innovativ maliyyə alətlərinin hüquqi əsaslarının yaradılmasıdır. Buraya SAFE müqavilələri, konvertasiya olunan borc mexanizmləri, əməkdaşların pay iştirak proqramları və digər alətlərin qanunvericilikdə tanınması daxildir.

Üçüncü istiqamət isə innovativ fəaliyyətin təşviqidir. Bu çərçivədə rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində çalışan şirkətlər üçün vergi və gömrük təşviqlərinin tətbiqi nəzərdə tutulur.

Nazir müavini əlavə edib ki, kraudfandinq fəaliyyəti ilə bağlı ayrıca qanun layihəsi də hazırlanıb. Sənəd səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsi, platforma operatorlarının fəaliyyəti və investorların hüquqlarının qorunması ilə bağlı qaydaları müəyyən edir.

Yeni mexanizmlərin tətbiqi ilə startapların, investorların, vençur fondlarının, universitetlərin, elmi-tədqiqat institutlarının və innovativ sahibkarların maliyyə imkanlarının genişlənəcəyi gözlənilir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol