ABŞ əmək bazarı göstəricilərindən sonra qızıl və gümüş ucuzlaşıb
Qızıl və gümüşün qiyməti ABŞ-da açıqlanan güclü məşğulluq göstəricilərinin Federal Ehtiyat Sisteminin (FED) bu ay faiz dərəcəsini artıra biləcəyi ehtimallarını gücləndirməsi fonunda eniş nümayiş etdirib.
Bakı vaxtı ilə səhər saatlarında qızılın spot qiyməti 0,5% azalaraq bir unsiya üçün 4 405,47 dollara düşüb. ABŞ-da dekabr tədarüklü qızıl fyuçersləri də analoji olaraq 0,5% geriləyərək 4 452,20 dollaradək ucuzlaşıb. Qiymətli metallara əsas təzyiqi avqustda iş yerlərinin artım sürətlənməsi və işsizliyin 4,1% səviyyəsində qalması yaradıb. İnvestorlar FED-in 15–16 sentyabr iclasındakı qərarına təsir göstərəcək inflyasiya hesabatını gözləyirlər.
Gümüşün unsiyası 0,2% azalaraq 66,03 dollara, platin 0,8% ucuzlaşaraq 1 805,53 dollara, palladium isə 0,7% enərək 1 396,08 dollara düşüb.
N.Təbrizli