• $
  • €
  • ₽
  • ₺
  • £

Orta Dəhliz üzrə yükdaşımalar 11 % artıb

Orta Dəhliz üzrə yükdaşımalar 11 % artıb
09.09.2026 12:31

2026-cı ilin yanvar-avqustunda Orta Dəhliz üzrə 53 574 TEU yük daşınıb. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Express” MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda CICA çərçivəsində keçirilən “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə Orta Dəhliz üzrə 48 326 TEU yük daşınıb. Beləliklə, 2026-cı ilin ilk 8 ayında yükdaşımaların həcmi illik müqayisədə 11 % artıb.

Məcidov qeyd edib ki, 2026-cı ildə Orta Dəhliz üzrə daşımaların əsas hissəsi Şərq-Qərb istiqamətinin payına düşüb. Hesabat dövründə bu istiqamətdə 42 642 TEU, Qərb-Şərq istiqamətində isə 10 932 TEU yük daşınıb.

Baş əməliyyat inzibatçısının sözlərinə görə, ötən ilin yanvar-avqust aylarında Orta Dəhliz üzrə 265 konteyner blok-qatarı təşkil edilib. 2026-cı ilin ilk 8 ayında isə blok-qatarların sayı 78 qatar və ya 29 % artaraq yüksəlib.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol