• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in “BakuTel 2014” stendi: yeni texnologiyalar, yeni məhsullar

“Bakcell”in “BakuTel 2014” stendi: yeni texnologiyalar, yeni məhsullar
02.12.2014 21:33
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "BakuTel 2014” sərgisindəki stendində ən son mobil texnologiyaları, ən son texnologiyaya əsaslanan əyləncəni, eyni zamanda ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirir.

Sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinə LTE–A texnologiyası, Azərbaycanda ilk dəfə olaraq "virtual supermarket”, "Bakcell” brendli ALOV və İLK smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş "Applab” guşəsi və s. təqdim olunur.

Sərgi iştirakçıları bu dəfə də "Bakcell”in tam spektrli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olacaq, eyni zamanda 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar.

Stendin ziyarətçiləri "Bakcell”in qısa müddət öncə yerli bazara təqdim etdiyi və yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verən ALOV və İLK smartfonlarını sınaqdan keçirəcək, onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış olacaqlar.

Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də "BakuTel” sərgisinə yenilik gətirəcək. Belə ki, "virtual supermarket” adlanan yeni texnologiya Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən yalnız bu sərginin iştirakçıları üçün nümayiş olunacaq. Ziyarətçilər elektron lövhədə göstərilən və "Bakcell”in Ulduzum sadiqlik proqramının partnyorları tərəfindən təqdim olunan müxtəlif malları SMS və ya QR kod göndərməklə böyük endirimlərlə əldə edə biləcəklər.

Bakcell şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "AppLab” adlı innovativ mobil developer layihəsi də burada təqdim olunacaq. "AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Sərgidə şirkətin, Azərbaycanda İKT-nin ve idmanın inkişafına göstərdiyi dəstəyə həsr olunmuş xüsusi guşə olacaq.

Burada dünyanın ən böyük klublarından olan "Mançester Yunayted” futbol klubu və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun bütün səviyyələrdə inkişafını dəstəkləyən layihələr barədə şəkillər vasitəsilə məlumat veriləcək, eyni zamanda gənclərin və texnologiyaların inkişafına xidmət edən layihələrdən danışılacaq.

Bakcell şirkəti öz fəaliyyətində regionların inkişafına ayrıca diqqət yetirir və Azərbaycan futbolun inkişafına xidmət edən bir çox layihələr həyata keçirir.

Azərbaycanda müasir mobil texnologiyaların inkişafını və tətbiqini dəstəkləyən Bakcell, günün nəbzini tutaraq müasir mobil proqram təminatlarının inkişafında yaxından iştirak edir, gənc və istedadlı developerlərə öz dəstəyini verir. Bu məqsədlə Bakcell "Mobile Monday”, "Hackathon”, "Startup Azərbaycan” və "Startup Weekend” kimi layihələrə dəstək göstərib. Bu gün isə bu layihələrin məntiqi davamı olaraq Şirkət "AppLab” layihəsini həyata keçirir.

İlk gündən "BakuTel” sərgisinin iştirakçısı olan Bakcell bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.

Bakcell əmindir ki, bu sərgi şirkətlərə öz bizneslərini inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. "BakuTel” sərgisi telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün misilsiz imkanlar yaradır.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol