• $
  • €
  • ₽
  • ₺
  • £

2015-ci ilin II yarısında neftin qiyməti necə olacaq? - RƏY

2015-ci ilin II yarısında neftin qiyməti necə olacaq? - RƏY
22.05.2015 15:38
2015-ci ilin II yarısında neftin qiymətinin ziddiyyətli olacağı gözlənilir.

Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "2015-ci ilin II yarısında neftin qiymətində hansı tendensiya özünü göstərəcək?” sualını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ilin iyunun 30-da İranın nüvə proqramı ilə bağlı müsbət rəy verilməsi qiymətlərə mənfi təsir göstərəcək:

"Bəzi proqnozlara görə, 2015-ci ilin iyun 30-da İranın nüvə proqramı layihəsini həyata keçirməsi ilə bağlı müsbət rəy verilə bilər. Bununla İranın dünya bazarında 8 mindən 1 milyon barelə qədər neft ixracını artırması güman olunur”- deyə, İlham Şaban bildirib.

Ekspert həmçinin qeyd edir ki, İranın adıçəkilən nüvə proqramına müsbət rəy verilsə bazarda həmçinin qiymət dəyişməz qala bilər.

"Belə ki, qərardan sonra Səudiyyə Ərəbistanı avtomatik olaraq, özünün kvotasını azaldacaq.  İranın kvotasının azaldılması ilə bağlı qərar qəbul edilərkən həmin kvotanı qarşılamaq Səudiyyə Ərəbistanının üzərinə qoyulmuşdu. İndi isə Səudiyyə Ərəbistanı həmin kvotadan əl çəkməlidir. Bunun nəticəsində də bazar tənzimlənə bilər”.

"Bir-iki həftə müddətində bazara bu dəyişikliklər informativ təsir göstərəcək” - deyə, o bildirib.

Ekspert hal-hazırda bazardakı vəziyyəti müsbət tendensiya olaraq dəyərləndirmədi:

"Dünya bazarında hal-hazırda neft təklifdən çoxdur. ABŞ özünün tələblərini ödəyəcək qədər neft hasil edir. İraq isə rekord həddə öz hasilatını artırıb. Neft ixracını 3 milyon barelə çatdırıb. 3 milyon barel isə illik 150 milyon ton neftdir. Bu isə qiymətlərin 69 dollardan 66, 65 dollara düşməsinə gətirib çıxardı” - deyə, İlham Şaban bildirib.

Qeyd edək ki, dünya bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 66.36 dollar, WTI neftinin qiyməti isə 60.59 dollar təşkil edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol