• $
  • €
  • ₽
  • ₺
  • £

TV kanalları şüurun gücü ilə idarə olunacaq

TV kanalları şüurun gücü ilə idarə olunacaq
22.06.2015 15:49
"BBC” şirkəti Britaniyanın "This Place” tədqiqat laboratoriyası ilə tərəfdaşlıq sazişi imzalamasını rəsmən bəyan edib. Saziş televizorun şüurun gücü ilə idarəetmə texnologiyasının hazırlanmasını nəzərdə tutur.
 

Bildirilir ki, şirkət insan beynindən kanalları dəyişmək və sevimli şouları axtarmaq üçün adi distansiyalı pult əvəzinə istifadə etmək niyyətindədir. Bununla əlaqədar keçirilən sınaqlar zamanı on "BBC” əməkdaşına başa geyilən kiçik qarnitur və "iPlayer” proqramının sınaq versiyası təqdim olunub. Test iştirakçılarının hamısı şüurun gücü ilə pleyeri işə salıb və istədiyi teleproqramı dəyişib. 
 
Qarnitur insanın beyin dalğalarını baş beyinin elektrik aktivliyi əsasında hesablayır və bu zaman televizor ekranında insanın konsentrasiyasını göstərən şkala görünməyə başlayır. İstifadəçi diqqətini lazımi əməliyyata maksimum yönəldən zaman proqram onu tanıyır və lazımi kanalı və ya şounu qoşur. Əvvəlcə insanın "iPlayer” proqramı haqqında düşünməsi tələb olunur, bundan sonra əlavə ardıcıl 5 populyar şounu göstərməklə hər birinin üzərində 10 saniyə dayanır. Şoulardan biri istifadəçinin xoşuna gəldikdə, sistem bunu anlayır və kanalların dəyişməsini dayandırır.

Hazırda yeni televizor idarəetmə üsulunun populyarlıq qazana biləcəyi məlum olmasa da, texnologiyanın fiziki baxımdan adi pultdan istifadə edə bilməyən insanlar üçün faydalı ola biləcəyi qeyd edilir, - "4PDA” yazır. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol