AZAL təyyarələrdə noutbuk qadağasına münasibət bildirdi

Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları"ndan bildirilib.
"Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır. Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb", - şirkətdən bildiriblər.
Məlumatda qeyd olunub ki, Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.
Qeyd edək ki, ölkə mətbuatında AZAL-ın Bakı-Naxçıvan reysinə noutbok aparmaq qadağası ilə bağlı xəbərlər yayılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















