Elnur Hüseynov: “Azərbaycandan inciməmişəm...” - MÜSAHİBƏ

13:33 | 09.12.2014
Elnur Hüseynov: “Azərbaycandan inciməmişəm...” - MÜSAHİBƏ

Elnur Hüseynov: “Azərbaycandan inciməmişəm...” - MÜSAHİBƏ

Türkiyənin məhşur mahnı müsabiqəsi " O səs Türkiyə”də bütün münsiflər heyətini heyrətləndirən azərbaycanlı iştirakçı Elnur Hüseynov bu ölkədə özünü aktyor kimi də sınayacaq. ANN.Az xəbər verr ki, bu barədə bakupost.az-a danışan Elnur bildirib ki, "Medcezir” serialından gələn təklifi artıq qəbul edib.

- Necə oldu ki, yolunu "O səs Turkiyə” dən saldın?


-Bu müsabiqəyə qatılmağım yaxın dostlarımın böyük dəstəyi nəticəsində oldu. Bir gün İstanbula getdim və dostlarım israrlı şəkildə mənim bu müsabiqəyə qatılmağımı istədi. Mən də düşündüm ki, artıq zamanıdır.

-Münsiflər heyətinin bütün üzvləri səni istədiyi halda, sən Ebru Gündəşi seçdin. Niyə?


-Mən hissiyatımla seçim etdim. Ebru xanımın sənəti ortadadır. Münsiflər heyətində mənimlə eyni səhnəni bolüşən Hadisə də var idi. Onu seçməyi düşünmədim. Çünki, çox qınanardım.

-Çıxışın Azərbaycanda birmənalı qarşılanmadı. Bəziləri "Elnur ucun "Evrovizion”dan sonra o səhnə balacadır” dedi. Bəziləri isə əksinə, bu addımı alqışladı. Sənin fikrin necədir?

-Düzdür insanın özünə də xoş gəlmir eyni səhnəni bölüşdüyü birinin qarşısında ifa etsin və o da münsif kimi səni dəstəkləsin. Mən ora sadəcə performans üçün çıxdım. Qalib olsam da, olmasam da düşünürəm ki yaxşı ifa etdim.

-Elnurun Türkiyədə bu günkü durumu necədir? Orda Azərbaycandan fərqli bir şou-biznes var. Özünü orda gorürsənmi?

- Mən hər zaman Azərbaycan şou-biznesindən uzaq gəzmişəm. Çünki bizim şou-biznes saxta fiqurlar üzərində qurulub. Düşünürəm ki, müğənni konsertlər verməli, albom çıxarmalı və tədbirlər keçirməlidir. Azərbaycanda belə deyil. Müğənni bunların heç birinə üstünlük vermir. Sadəcə, pul qazanmaq üçün başqa üsullar seçir. Qalmaqal və toylara getmək! Bu, məni Azərbaycan şou-biznesindən soyudur. Türkiyədə isə tam fərqli bir şou-biznes gördüm, burda müğənnilər sadəcə şou-biznes üçün çalışmır, öz işlərini görür. Başqa sözlərlə desək, işləri ilə gündəmə gəlir.

Mənim şou-biznesə daxil olmaq fikrim yoxdur, sadəcə öz işimi görmək və Azərbaycanı təmsil etməyi düşünürəm.

-Belə anladım ki, bundan sonra işinə Türkiyədə davam edəcəksən.

-Daha doğrusu bir yerdə dayanmağı düşünmürəm. Əgər işimi layiqincə görə bilsəm, Azərbaycanı tək Türkiyədə yox, Avropada təmsil etməyi düşünürəm.

-"O səs Türkiyə”də ən güclülərdən biri, bəlkə də birincisisən. Bu haqda səslənən fikirlər nədir?

-Finala qədər uzun və çətin yol var. Amma düşünürəm ki, gəlib çata bilərəm. Amma qalib olmağım mümkünsüz görünür. Çünki, bu, səsvermə yolu ilə olacaq. İnanmıram türk tamaşaçısı məni birinci seçsin. Mahnı müsabiqəsinin adı "O səs Türkiyə”dir. Düşünürəm ki, hər il olduğu kimi qalib türkiyəli iştirakçı olacaq.

-Türkiyədən əvvəl Elnurun qiymətini Avropa da vermişdi. Sonra nə baş verdi? Niyə Elnurun parlaması bir neçə il sürdü?


-Mən media və gündəmdən uzaq qalmağı seçdim. Çünki, bu cür yollarla məhşur olmaq istəmədim. Toylar üçün qalmaqalla məhşurlaşmaq mənə lazım deyil. Onsuz da bu işlə məşqul olan xeyli insan var.

-Səncə Elnur təmbəldir?

-Xeyir, əksinə çox çalışqanam. Bu illər ərzində özümü başqa sahələrdə də sınadım.

-Türkiyə mediasının və efirlərinin müntəzəm qonağı olursan, təəssüratın necədir?

-Çox yaxşı. Həm Türkiyə, həm Azərbaycanda sevilmək gözəl duyğudur. Azərbaycanda olduğu kimi, Türkiyə mediasından və verilişlərindən də uzaq qalmağa çalışıram.Mənim üçün işimi görmək daha önəmlidir. Bu mənim prinsipimdir.

- Gələcək planlar?

-Avrovada konsert turu keçirmək istəyirəm. Yeni bir xəbər də deyim. Türkiyənin çəkdiyi "Medcezir” serialına təklif almışam və yaxın müddətdə çəkilişlərə başlayacağam. İlk xəbəri sizə dedim. Təəssüf ki, daha ətraflı deyə bilməyəcəyəm.

 Yanvar ayında Bakıda Yaşıl Teatırda konsertim gozlənilir.

-Bu o anlama gəlir ki, "Elnur Azərbaycandan inciyib” deyənlər yanılır, hə?

-Azərbaycan mənim Vətənimdir. Əlbəttə, inciməmişəm. Harda olsam ürəyim Vətənimlə və soydaşlarımla döyünür. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb