Elnur Hüseynovdan vacib mesaj - VİDEO

10:40 | 21.02.2015
Elnur Hüseynovdan vacib mesaj - VİDEO

Elnur Hüseynovdan vacib mesaj - VİDEO

"Mən istərdim ki, dost olaraq yaşasınlar; bölməsinlər, kəsməsinlər"

Türkiyədəki müsabiqədə qalibiyyəti musiqi yaradıcılığında ikinci nəfəs kimi qiymətləndirilən Azərbaycanın adını "Eurovision 2008”də təmsil edərək dünyaya tanıdan Elnur Hüseynov qonaq olduğu proqramda verdiyi ismarışla bir daha hamının könlündə taxt qurub.

ANS PRESS-in məlumatına görə, bu gecə Türkiyənin ən reytinqli proqramlarından olan "Beyaz Show”da qonaq qismində iştirak edən Elnur Hüseynov çıxışından əvvəl üzünü izləyicilərə tutaraq, bəşəriyyətə xoş məramlı ismarış göndərib.

O, hamının öz evində, sevdiklərinin yanında olmağa çağırıb: "Dünyada hamı öz evində olsun, heç zaman öz evindən uzaqda qalmasın. Mən istərdim ki, bütün dünya əhalisi bir yerdə, dost olaraq yaşasın; bölməsinlər, kəsməsinlər. Bu mənim ürəyimdəki bir şeydir".

Onun bu sözləri aparıcı Bəyazıt Öztürkün də xoşuna gəlib.

Elnur isə həmin sözlərdən sonra ona uyğun olaraq "Sometimes I Feel Like a Motherless Child" mahnısını səsləndirib.


ANN.Az
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb