"İtkin düşən Azərbaycan qadınlarının taleyi məni çox narahat edir və mən bütün beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram”.
"Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniyaya həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda 265 qadın itkin düşüb, 98 qadın isə girovluqdadır.
H.Hüseynova qeyd edib ki, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud , qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir: "Gender əsaslı zorakılığa qarşı mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var”.
H.Hüseynova bildirib ki, qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb: "Lakin hələ də qarşımızda görülməli işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !