Erməni hərbçi əsir-girovların azad edilməsi üçün Nikol Paşinyana müraciət etdi

10:31 | 27.11.2018
Erməni hərbçi əsir-girovların azad edilməsi üçün Nikol Paşinyana müraciət etdi

Erməni hərbçi əsir-girovların azad edilməsi üçün Nikol Paşinyana müraciət etdi

Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların "hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.

 

Bu haqda Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Anews.az-a verilən məlumatda bildirilib.

 

26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların "hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.

 

A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM