• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan həyəcanla gözləyir

Ermənistan həyəcanla gözləyir
08.07.2014 17:23
Rəsmi İrəvan yeni birlikdə olmalıdır ya yox? Deyəsən bu gün bu ölkədəki politoloqlar, ekspert və jurnalistlər üçün əsas mövzu budur. Ermənistanın üzvlüyü oktyabrda imzalanmayacaq. Bu barədə mətbuat konfransında "İrs" partiyasının katibi olan Stepan Safaryan məlumat verib. O, bunu onunla əsaslandırıb ki, daha öncə Ermənistana verilmiş sənədlərə baxmayaraq Gömrük İttifaqına hər hansı imtiyazı olmadan daxil olacaq. Bundan əlavə ittifaqın üzvləri yenidən Qarabağ məsələsini qaldırıblar. Deputat Ruben Akopyan daha optimistdir. O, hesab edir ki, Ermənistanın yeni birliyə daxil olma məsələsinin gecikməsinə baxmayaraq bu sənəd imzalanacaq. "Bu gün aydındır ki, Rusiyanın daha böyük marağını Azərbaycan çəkib. Görünür ki, bu iki ölkə danışıqlar aparır, Azərbayacanın üzvlüyünün qiyməti və mümkün nəticələr müzakirə edilir". O Azərbaycanın bu quruma daxil olmağının nəticəsində bunun Dağlıq Qarabağda bir necə rayonun itirilməsi ilə nəticələnəcəyi barədə suala isə belə cavab verib. "İndi mən nəyi isə təkzib və ya təsdiqləmək istəmirəm. Ancaq aydındır ki, Bakı Qarabağ problemini öz xeyrinə həll etməyə çalışacaq. Çünki Moskva üçün Azərbaycanın yeni sturuktura daxil olması çox vacibdir". Erməni parlamentinin digər deputatı Qaqik Minosyan isə hesab etmir ki, Ermənistanın İqtisadi birliyə daxil olması haqqında razılaşma iflasa uğraya bilər. Onun sözlərinə görə, Ermənistan özü üçün faydalı olan hər şeyi edib. "Əgər bizim baxa bilməyəcəyimiz məsələlər qaldırılsa (yəqin Qarabağ məsələsini nəzərdə tutur) onda biz bu təşkilata üzv ola bilmərik". Bakıda Ermənistanın Azərbaycanın da bu quruma daxil olmasında maraqlı olması haqqında deputat Qeqamyanın bəyanatına münasibət bildirən Minosyan bundan xəbərsiz olduğunu deyib. "Mən bu bəyanatı nə eşitmişəm, nə də görmüşəm. Ancaq bir məsələdə əminəm ki, Azərbaycan Avrasiya İqtisadi birliyinə daxil olmayacaq". ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol