Ermənistan Marqara keçid məntəqəsini işlətməyə hazır olduğunu açıqlayıb

21:04 | 12.01.2024
Ermənistan Marqara keçid məntəqəsini işlətməyə hazır olduğunu açıqlayıb

Ermənistan Marqara keçid məntəqəsini işlətməyə hazır olduğunu açıqlayıb

Türkiyə ilə sərhəddə yerləşən Ermənistanın Marqara keçid məntəqəsi əsaslı təmir olunub və istismara hazırdır. Bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan bildirib.


"Bütün zəruri texniki vasitələr və infrastruktur, o cümlədən gömrük və sərhəd nəzarəti sərnişin daşımalarına adekvat xidmət göstərməyə hazırdır", -  Tamazyan gömrük sektorunun 2023-cü il üçün fəaliyyətini yekunlarına dair konfransda jurnalistlərə deyib.

2023-cü il iyunun 26-da Ermənistanın Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bəyan edib ki, Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün turizm mövsümünün əvvəlinə kimi açılması planlaşdırılır.  . "Hraparak” 2023-cü il sentyabrın 13-də yazıb ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi 2023-cü ilin avqustunda Ermənistan-Türkiyə sərhədində "Margara” gömrük postunun tikintisi üçün podratçı olan Artcon şirkəti ilə 630 milyon dram dəyərində müqavilə imzalayıb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM