Ermənistanda zabitlər də qaçmağa başladı

10:16 | 20.08.2017
Ermənistanda zabitlər də qaçmağa başladı

Ermənistanda zabitlər də qaçmağa başladı

Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq
 
 
Ermənistanda zabitləri orduda zorla saxlamaq arzusundadırlar. Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq.
 
 
Ato.az-in 1in.am saytına istinadən məlumatına görə, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib. Yeni əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Əmrə əsasən hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 mln. dram (3525 AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər.
 
 
Vəkil Norayr Norikyan: "çox təssüf ki, zabitlərin böyük əksəriyyəti bugün ermənistanı tərk etmək niyyətindədirlər. Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün xaricə getməyə çıxış yolları axtarır. Bu yalnız MN-nin problemi deyil, bu dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın ancaq bu mümkün deyil”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb