Yazıçılar Birliyi erotik rəqslərin göstərilməsinə imkan verdiyi üçün "Hot Room Club" gecə klubunun rəhbərliyinə xəbərdarlıq edib və erotik şouların göstərilməsinə qadağa qoyub, bu barədə Anews.az-a birliyin mətbuat katibi Xəyal Rza bildirib.
"Biz o restoranı icarəyə vermişik və həmin hadisə 7-8 ay bundan qabaq baş verib. Şou göstərən xanım Ukraynadan dəvət alıb, orada davamlı olaraq belə şoular göstərilmir. Qeyd edim ki, artıq restorana tapşırıq vermişik ki, bir də belə hallar olmasın", - deyə Xəyal Rza bildirdi.
Bu gün yerli mətbuatda Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən "Hot Room Club" adlı gecə klubunda gənclərin erotik rəqs etmələri barədə məlumat yayımlanıb. Həmin klubdan çəkilən video görüntülər də mediada yer alıbdır.
Məsələyə hüquqi qiymət vermək üçün hüquqşünas Vəkil Bəşirova müraciət etdik.
Onun fikrincə, belə halların doğurdan da həmin
restoranda baş verdiyi sübuta yetirilsə , bu zaman klub rəhbərliyi cinayət məcəlləsinin fahişəliyi təbliğ
etmək maddəsi ilə 3 ildən 6 ilə qədər həbs oluna bilərlər. "Bu cür şouların göstərilməsi
əslində doğru deyil və bizim milli dəyərlərə yaddır. Onu da qeyd edim ki, bu
cür şoular ən çox məqsədli şəkildə həyata keçirilir. Əgər məqsəd və niyyət
varsa qanunvericiliyə uyğun mühakimə olunmalıdır", - deyə vəkil bildirdi.
O, həmçinin klubda baş verən hadisələrin işıqlandırılması zamanı medianı da ehtiyatlı olmağa səslədi. Belə ki, bir sıra fotoların və videoların yayılması da fahişəliyin təbliği kimi dəyərləndirilə bilər.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !