Ev telefonuna görə kredit vermirlər - BAKIDA MARAQLI HADİSƏ+VİDEO

23:15 | 14.10.2016
Ev telefonuna görə kredit vermirlər - BAKIDA MARAQLI HADİSƏ+VİDEO

Ev telefonuna görə kredit vermirlər - BAKIDA MARAQLI HADİSƏ+VİDEO

Bakı sakininin başına maraqlı bir hadisə gəlib. Belə ki, o, ev telefonu olmadığına görə kredit ilə bağlı müraciət etdiyi bütün banklardan rədd cavabı alıb.

ANN.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı sakini Rafət Şıxəliyevin başına maraqlı bir hadisə gəlib. Belə ki, kredit almaq üçün müraciət etdiyi hər yerdən ev telefonu olmadığına görə rədd cavabı alır.

Mütəxəssislər isə bankların belə bir addım atmalarını düzgün hesab etmirlər. Çünki Mərkəzi Bankın kreditlərin verilməsi ilə bağlı qərarında telefon nömrəsi ilə bağlı heç bir müddəa yoxdur.

Əgər bu qanun və qaydaların əksinə olaraq bank vətəndaşa kredit vermirsə, həmin şəxs bir istehlakçı kimi öz hüquqlarının pozulması ilə bağlı bankı məhkəməyə verə bilər. Amma burda da bir neçə nüansa fikir verilir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM