"Biz artıq partiyaya yeni qüvvələri gətirməyə çalışırıq, artıq buna start vermişik, dayanmaq fikrində deyilik. Çalışacağıq ki, partiyanın bütün idarəçiliyinə, onun faəliyyətinin bütün tərəflərinə yeniliklər gətirək”.
Anews.az xəbər verir ki, bunu "Yeni Müsavat”a müsahibəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bildirib ki, bunun üçün yetişmiş, formalaşmış yeni insanların gətirilməsinə xüsusi əhəmiyyət verir.
"Yəni qurultayın seçəcəyi sədr Fəzail Ağamalı olmayacaq?” sualına o belə cavab verib:
"Təbii ki. Əgər biz artıq ümumi yeniləşməyə start vermişiksə, bu yeniləşmə partiyanın rayon, şəhər təşkilatlarından başlamış, onun rəhbər orqanlarına, sədrinə qədər getməlidir. Bu yenilənmə təkcə sədrin dəyişməsi ilə nəzərdə tutulmur. Biz bütövlükdə partiyanın özündə yenilənməyə, müasirləşməyə, daha çox müasir dünyagörüşü müstəqillik dövründə formalaşan siyasətçilərin gəlməsinə önəm veririk. Bu mərhələ partiya sədrinin yenilənməsi ilə də yekunlaşacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !