Fransa İrana hücum edəcəyini istisna etmir

17:41 | 15.04.2024
Fransa İrana hücum edəcəyini istisna etmir

Fransa İrana hücum edəcəyini istisna etmir

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirmək ehtimalını istisna etməyib . LCI TV -yə müsahibəsində o, deyib ki, Tehranın öz nüvə silahına malik olmadan və bütün diplomatik vasitələr tükənməzdən əvvəl Paris belə bir addım atmalıdır.

Onun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vura biləcəyi ideyası nəzərdən keçirilməlidir. Sabiq baş nazir vurğulayıb ki, Fransa maraqlar və narahatlıqlar haqqında əvvəlkindən daha çox düşünməlidir.

Valls həmçinin Parisi hərbi münaqişəyə cəlb oluna biləcəyi ehtimalına hazırlaşmağa çağırıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron İsrailin Suriyadakı konsulluğa  hücumuna cavab olaraq İranın zərbə endirməsinin qeyri-mütənasib olduğunu bildirib. Makron həmçinin vurğulayıb ki, yəhudi dövlətinin özünü müdafiə etmək hüququ var, lakin münaqişə tərəflərini "eskalasiyanın qarşısını almaq üçün özlərini məhdudlaşdırmağa” çağırmaq lazımdır.

Bundan əvvəl Fransanın keçmiş baş naziri üçüncü dünya müharibəsinin baş verə biləcəyini istisna etmirdi.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb