Güclü külək bir sıra fəsadlar törətdi

09:43 | 30.09.2014
Güclü külək bir sıra fəsadlar törətdi

Güclü külək bir sıra fəsadlar törətdi

Bu gecə paytaxtda müşahidə olunan kəskin küləkli hava fəsadsız ötüşməyib.APA-nın məlumatına görə, Yasamal rayonu, Balababa Məcidov küçəsində irigövdəli ağac Anar Bayramova məxsus "Hyundai" markalı maşının üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Xətai rayonu Yavər Əliyev küçəsində isə, qovaq ağacı yaşayış binasının üzərinə aşıb. Bəzi evlərin dam örtüyü yararsız vəziyyətə düşüb.  Xətai Rayon İcra Hakimiyyətinə üz tutan sakinlərə isə bildirilib ki, evlərin dam örtüyünün sıradan çıxması ilə bağlı tədbir görüləcək. Qeyd edək ki, Bakıda küləkli və yağışlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM