"Gənclik Mall" qaranlığa qərq oldu

15:58 | 24.01.2019

"Gənclik Mall" qaranlığa qərq oldu

"Ganclik Mall” ticarət mərkəzində işıqlar sönüb. 

Anews.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya hazırda ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.

"Ganclik Mall”un məlumat mərkəzindən bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:

"Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb