Generallar Ərdoğana məruzə etdi

10:36 | 23.01.2018
Generallar Ərdoğana məruzə etdi

Generallar Ərdoğana məruzə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-konfrans vasitəsilə "Zeytun budağı” əməliyyatı barədə məlumatlandırılıb.

Axar.az xəbər verir ki, video-konfrans Beştəpədə yerləşən Prezident Sarayının İnformasiya Koordinasiyası Mərkəzində baş tutub.

Məlumata görə, Ərdoğan əvvəlcə əməliyyatda iştirak edən 2-ci ordunun Hatayda yerləşən əməliyyat mərkəzinə qoşularaq ordu komandanı general İsmayıl Mətin Temeldən "Zeytun budağı” ilə bağlı son informasiyaları dinləyib. Bundan sonra Türkiyə prezidenti Silahlı Qüvvələrin Baş Qərargahı və Quru Qoşunları Komandanlığında növbədə olan generallarla danışıb. Hərbi komandanlığa əməliyyat zamanı uğurlar arzuladıqdan sonra Ərdoğan Hatay, Kilis, Şanlıurfa, Qaziantep valilərindən regiondakı son vəziyyət barədə məlumat alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb