Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

19:30 | 04.12.2020
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

Gürcüstanda son sutkada daha 5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib.


"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 152 704 yoluxma halı təsdiqlənib. Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib.


Karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb