"Harada müxalif gördünüz tüpürün üzünə" - Rektorla bağlı iddia

12:08 | 20.05.2019

"Harada müxalif gördünüz tüpürün üzünə" - Rektorla bağlı iddia

Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı daha bir qalmaqal yaranıb.
Anews.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. 

Xəbərdə bildirilir ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir "tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.

Bu haqda məlumat dünəndən sosial şəbəkələrdə yayılıb. Rektorun belə bir fikir səsləndirməsi kəskin tənqid olunub və elm adamı hesab olunan şəxsin dilindən bu ifadənin səslənməsi biabırçılıq kimi qiymətləndirilib.

Hələlik bununla bağlı rektordan və universitetdən hər hansı bir açıqlama yoxdur.
Xatırladaq ki, N. Əliyeva bir neçə dəfə bu kimi çıxışları və həmçinin Universitetdəki idarəçiliyi ilə medianın gündəminə gəlib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb