12 yanvarda onun 65 yaşı tamam oldu.
ANN.Az tanınmış Adme.ru saytına istinadən onun ən düzgün hesab etdiyi aforizmlərini toplayıb. İnanırıq ki, bu deyimlər oxucularımız üçün də maraqlı olacaq.
- Sevgisiz həyat pəncərəyə çarpılan külək kimidir. Ona nə toxunmaq olur, nə də içinə çəkmək.
- Əvvəllər düşünürdüm ki, insanlar il keçdikcə böyüyür, amma sonradan anladım ki, insan qəfil böyüyür.
- Dünyada yanlış fikir yoxdur, fikirlərimizlə üst-üstə düşməyən fikir var. Bax belə.
- İnsan nə qədər yaşlaşırsa, həyatında dəyişdirmək istədiyi şeylər də bir o qədər çoxalır.
- Bizdən ayrılıb yoxa çıxan şeylər - hətta onlar əbədi bizi tərk etdikdə də - özündən sonra heç zaman bərpa olmayan dəliklər buraxırlar.
- Bir-birimizi qucaqlayaraq biz öz qorxularımızı paylaşırıq.
- Əgər hamı hər sonluğun yaxşı qurtaracağına inansaydı, dünyada heç kim heç nədən qorxmazdı.
- Ağrıdığın zaman nə edirsən et, yenə ağrıyacaqsan.
- Duyğuların üzə çıxmasına imkan vermək lazımdır. Bunu etməmək pis nəticələr doğurur. Belə ki, duyğular daxildə basdırıldıqca onlar içəridə daşlaşır. Sonda isə ölürlər.
- Belə görünür ki, ürək üzəri daş kimi möhkəm yerdə gizlənib və onu qazıb ortaya çıxarmaq çox az adama müyəssər olur. Məhz buna görə mən insanları sevə bilmirəm.
- Ümid yanacaqdır. Onlar insanlara yaşamaq üçün verilir. Ümidsiz heç bir "irəliyə doğru tərpəniş” olmur.
- Bizim bütün həyatımız həqiqətən baş verənlərlə bizim unutmaq istədiklərimiz arasında keçən sonsuz davadan ibarətdir.
- Gizlədilmiş heç bir sirr əbədi ürəkdə qalmır.
- Ən önəmlisi – başqalarının düşündüyü böyük həqiqətlər yox, sənin özünün gəldiyin kiçik nəticələrdir.
- Yaddaş insanı içəridən qızdırdığı kimi, onu həm də daxildən parçalayır.
- Dənizə çox baxdıqca insanlardan, insanlara çox baxdıqca isə dənizdən ötrü darıxırsan.
- Uzaqdan hər şey gözəl görünür.
- Çox tez-tez belə olur: dünyada ən önəmli hadisələr əhəmiyyətsiz şeylərdən baş verir.
- Yüksək effektivliklə yanlış yolda irəliləmək, yerindən heç tərpənməməkdən daha pisdir.
- Tənhalıq fikirlərini bölüşəcək insan olmadıqda, fikirlər səni öz arasında bölməyə başlayır.
- Əgər hər şey ürəyinin istədiyi kimi olsa idi, yaşamaq maraqsız olardı.
Foto "Norveç meşəsi” filmindən götürülüb.
Tərcümə etdi: Emin Aslan
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !