"Həzi Aslanov" stansiyasından istifadə edənlərə xəbər var

10:36 | 08.04.2016

"Həzi Aslanov" stansiyasından istifadə edənlərə xəbər var

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Modern.az saytına verdiyi məlumata görə, "Həzi Aslanov"da  təmirə dayanmış eskalatorlardan biri bu gündən etibarən istifadəyə verilib.

""Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb. Stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir”.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılmışdı.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb