İdmançılara hücum edən çempion həbs edildi

17:20 | 06.04.2018
İdmançılara hücum edən çempion həbs edildi

İdmançılara hücum edən çempion həbs edildi

Nyu York polisi MMA döyüşçüsü və 2 çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqoru təşkilatın idmançılarını daşıyan avtobusa hücum etdiyinə görə həbs edib.

Axar.az xəbər verir ki, tezliklə idmançıya qarşı ittiham qaldırılacağı bildirilib.

Xatırladaq ki, Makqreqor aprelin 5-də Nyu Yorkda UFC döyüşçülərinin yığıncağı keçirilən "Barklayz Sentr”də iğtişaş törədib. O, idmançıları daşıyan avtobuslardan birinə hücum edib. Hücumda həmçinin rus idmançı Artyom Lobov da iştirak edib.

Hadisə zamanı Rusiyanı təmsil edən daha bir idmançı Həbib Nurmaqomedov isə avtobusdakı idmançılar arasında olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb