İİV: Yeniyetmələr üçün yeni ümid var

17:00 | 29.11.2013
İİV: Yeniyetmələr üçün yeni ümid var

İİV: Yeniyetmələr üçün yeni ümid var

Dünyanın beş ölkəsi Şərqi Avropa və Mərkəzi Asiyada İİV-ə yoluxmuş şəxslərin sayının günü-gündən artmasının qarşısını almaq üçün çıxış yolu axtarır. Məqsəd odur ki, bu yeniyetmələrin İİV haqqında daha asan şəkildə danışa bilsinlər və öz İİV statuslarını yoxlamalardan keçirsinlər. 

Bu gün ev sahibliyini üzərinə götürən Azərbaycanda (digər dörd ölkə bunlardır: Belarus, Gürcüstan, Moldova və Ukrayna) yeniyetmələrin QİÇS-ə görə testdən keçməsinin təşviqatı məqsədilə təşkil olunan dörd günlük konfrans başa çatıb. Bu konfrans 22-29 noyabr tarixlərini əhatə edib və ildə bir dəfə keçirilən "Avropa İİV Test Həftəsi" ilə də eyni vaxta təsadüf edib. 

Tərəfdaşlar və ekspertlər yeniyetmələr arasında İİV ilə bağlı risklər haqqında məlumatlılığı yüksəltmək məqsədilə əldə edilmiş irəliləyişi nəzərdən keçirmək, yeni tapıntı, strategiya və yenilikləri qiymətləndirmək, eləcə də yeniyetmələrin maneə və əngəllərlə üzləşmədən İİV test xidmətləri əldə etmələrini asanlaşdırmaq üçün Bakıda bir araya gəliblər. Ən yüksək İİV-ə yoluxma riskinə sahib yeniyetmə və gənclər üçün test və məsləhət xidmətlərini çoxaltmaq üçün Avropa İttifaqı və UNICEF tərəfindən dəstəklənən təşəbbüsdən irəli gələn bu görüş, bu yaş qrupunun onların yaşında olan insanlar üçün xidmət göstərən sözügedən xidmətlərə qarşı yeniyetmə yönümlü yanaşmaya cəlb olunmasının önəmini vurğulayıb. Bununla yanaşı, məxfilik prinsiplərinin qorunması, testdən keçmənin könüllülük xarakteri, eləcə də mövcud etik və dövlət səhiyyə çərçivələri çərçivəsində çalışmaq məsələləri də diqqətə çatdırılıb.  

Avropada İİV ilə yaşayan 2.3 milyon insan arasında ən azı üç nəfərdən biri onun İİV müsbət olduğundan xəbərdar deyil. Yeni yoluxmaların əksər hissəsi də İİV ilə yaşayan, lakin diaqnoz qoyulmayan və beləliklə də bunun başqalarına keçmə riskindən xəbərdar olmayan insanlardan keçir. Bu tədbir dünya miqyasında İİV üzrə bəzi ən yüksək artmaların müşahidə olunduğu region üçün irəliyə doğru çox önəmli bir addımdır.  

UNICEF-in bu gün buraxılan "QİÇS-dən Azad Uşaq Nəsli və QİÇS: 2013-cü il üzrə Altıncı Say Hesabatı"na əsasən, 10-19 yaş arasında olan 2 milyondan çox yeniyetmə İİV ilə yaşayır. Yeniyetmələr üçün effektiv və qəbul edilə bilən İİV xidmətlərinin dəstəklənməməsi  2005-2012-ci illər arasında ümumi əhali arasındakı 30 faizlik azalma ilə müqayisədə sözügedən yaş qrupu üzrə məlumat verilən QİÇS ilə bağlı ölümlərin sayında 50 faiz artma ilə nəticələnib.  

Mövcud əngəllər insanların test və məsləhət xidmətlərinə çıxışını çətinləşdir. Xüsusilə ən təcrid olunmuş qruplar arasından olmaqla, bu insanlara xüsusilə kişilərlə cinsi əlaqəyə girən kişilər, inyeksiya yolu ilə narkotik istifadəçiləri, kommersiya xarakterli cinsi əlaqə üçün istismar olunan yeniyetmələr, o cümlədən küçələrdə yaşayan və işləyən yeniyetmələr daxildir. Əngəlləri isə valideynlərin razılığının olması tələbi, pulsuz test və məsləhət xidmətlərinin mövcud olmaması, testin vacibliyi haqda aşağı  məlumatlılıq səviyyəsi və yoluxma risklərinin aşağı səviyyədə dərk olunması təşkil edir. 

UNICEF-in Azərbaycandakı Nümayəndəsi Mark Herevard bildirib, "Bizim burada olma səbəbimiz gənclərin İİV testi və məsləhət xidmətlərinə ehtiyac duyduqları çıxışa sahib olmamalarından irəli gəlir. Buna görə də, biz bunun həyata keçməsi üçün yeni yollar tapmaq istəyirik". 

Cəmiyyətdəki təşkilatları dəstəkləmək və onları birləşdirmək səyi ilə, eləcə də onlara hökumətlərlə daha güclü əməkdaşlıqlar qurmaq işində yardım etmək məqsədilə konfrans iştirakçıları:   

1) İİV test və məsləhət xidmətləri ilə bağlı yeniyetmələrin yanaşmaları və hərəkətləri üzrə 3300 yeniyetmə və gənclər arasında aparılmış onlayn sorğulardan əldə olunmuş təzə məlumatları təhlil edib;

2) Qanunvericiliyə yenidən baxılmalar, hökumət və vətəndaş cəmiyyəti əməkdaşlığının güncləndirilməsi, yeniyetmələr üçün İİV test və məsləhət xidmətlərinə çıxışın yüksəldilməsi və İİV ilə yaşayan yeniyetmələrə qayğı və dəstəyin verilməsi məqsədilə xidmətləri təmin edən tərəflərin potensialının yaradılması daxil olmaqla İİV test və məsləhət xidmətləri üçün daha əlverişli mühitin yaradılması məqsədilə mövcud səyləri nəzərdən keçirərək qiymətləndirib; 

3) İİV statuslarını bilmələri üçün yeniyetmələri həvəsləndirən sosial təşviqat işçiləri və qayğı xidməti təminatçılarının bacarıqlarını artırmaq məqsədi daşıyan qabaqcıl kompüter və internet əsaslı alətləri baxışdan keçirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb