İlham Əliyev silahları yoxladı - FOTO

10:28 | 29.11.2017
İlham Əliyev silahları yoxladı - FOTO

İlham Əliyev silahları yoxladı - FOTO

Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinə baş çəkib.

Burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.

İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.
Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb