Çində 82 nəfərdə koronavirus aşkarlanıb

19:00 | 26.01.2021
Çində 82 nəfərdə koronavirus aşkarlanıb

Çində 82 nəfərdə koronavirus aşkarlanıb

Çində ötən gün ərzində 82 koronavirusa yoluxma halı və 57 asemptomatik daşıyıcı aşkarlanıb, 46 pasiyent isə xəstəxanadan evə buraxılıb.


Anews.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin məlumatında deyilir.


Qeyd olunur ki, yeni təsdiqlənmiş 82 hadisədən 13 "gəlmə”, digər qalan 69-u isə yerlidir.


Pandemiya zamanı Çinin materik hissəsində ümumilikdə 89 197 koronavirusa yoluxma halı aşkar edilib, 82 676 nəfər sağalıb, 1 885 COVID-19 xəstəsi xəstəxanalarda müalicə alır, 4 635 nəfər ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb