İŞİD İran komandirini öldürdü

16:05 | 12.01.2015
İŞİD İran komandirini öldürdü

İŞİD İran komandirini öldürdü

Terror təşkilatı olan İŞİD İraqın Samirə şəhərində baş verən döyüşdə iranlı komandiri öldürüb.

Bu haqda İranın Fars Agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, İranın könüllü Besic Birliyində xidmət edən Mehdi Nevruzi İraqda İŞİD-lə döyüşlərdə öldürülüb. Nevruzi "İraq xalqını və müqəddəs topraqları qorumaq" məqsədilə İraqa könüllü gedib.

İran xəbər agentliyinin yaydığı xəbərə görə, Nevruzi İran İslam İnqilabından sonra hökumətə xidmət edərək onlarla əməliyyatda iştirak edib.

Komandirin cənazəsi bu gün doğma şəhəri Kermanşahda toprağa tapşırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb