İsrail Fələstinin BMT-yə üzv olmasını istəmir

21:35 | 08.04.2024
İsrail Fələstinin BMT-yə üzv olmasını istəmir

İsrail Fələstinin BMT-yə üzv olmasını istəmir

İsrail Fələstinin BMT- yə  təşkilata tamhüquqlu üzv qəbul edilməsinə qarşıdır. Bu barədə Tacc agentliyi İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdana istinadan yazıb.

Fələstinin BMT-yə üzv olmaq ərizəsinə dünya qurumunun Təhlükəsizlik Şurası baxacaq. Qərar müsbət olarsa, məsələ BMT Baş Assambleyasının iclasına çıxarılacaq .

Erdan Fələstinin BMT-yə üzv olması ehtimalını "barbarlıq üçün mükafat” adlandırıb.

Aprelin 4-də məlum olub ki,  BMT Təhlükəsizlik Şurası Fələstinin BMT-yə qəbul edilməsi və dünya təşkilatının tamhüquqlu üzvü kimi tanınması xahişi ilə məktub alıb . Məktubda bir sıra iri beynəlxalq assosiasiya və təşkilatların təşəbbüsü dəstəklədiyi, həmçinin dünyanın 140 ölkəsinin artıq Fələstini müstəqil dövlət kimi tanıdığı xatırladılıb.

Fələstinin BMT-yə üzv olmaq üçün ilk müraciəti 2011-ci ildə edilib, lakin sonra onun nümayəndələri dünya təşkilatında daimi müşahidəçi qismində müvəqqəti olaraq ölkəni tərk etmək qərarına gəliblər.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb