Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Sadri Güvən İstanbulda iyunun 23-də keçirilən təkrar bələdiyyə seçkilərinin yekun nəticəsini açıqlayıb.
"Anadolu” agentliyinin verdiyi məlumata görə, S.Güvən seçkilərdə Ədalət və İnkişaf Partiyasından bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın 3 935 453 səs, Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlunun isə 4 741 868 səs toplandığını bildirib. Nəticələrə əsasən, Ə.İmamoğlu 54,21 faiz səslə qələbə qazanıb. B.Yıldırım isə səslərin 44,99 faizinə sahib olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !