İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

12:10 | 02.07.2016
İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

İstanbul terroruna görə tutulanlar arasında azərbaycanlı da var?

Bu iddia "Kavkazskiy uzel” saytında yer alıb.

İstanbulun Atatürk Hava Limanında törədilən terror hadisəsinə görə Azərbaycan vətəndaşı saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə  "Kavkazskiy uzel” portalına adı açıqlanmayan mənbə deyib.

Mənbənin iddiasına görə, polis terrorçunun Türkiyəyə saxta pasportlarla daxil olub. Saxanılanlar arasında Rusiyanın Dağıstan və Çeçenistan respublikaları vətəndaşları da var.  Terror törətməkdə şübhəli bilinən şəxslərin adları açıqlanmır.

Amma Türkiyə mətbuatında həbs olunanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə heç bir məlumat yoxdur.

Terror hadisəsindən sonra Türkiyə polisi ölkədə genişmiqyaslı əməliyyatlara başlayıb. Bu günə qədər keçirilən əməliyyatlar zamanı 24 nəfər terrora şübhəli bilinən şəxs saxlanılıb. Onların arasında əcnəbilərin də olduğu deyilir. 

Terror hadisəsi baş verdikdən sonra

Terror aktını törədən şəxslərdən birinin rus əsilli çeçen, digərlərinin isə özbək və qırğız olduğu müəyyən olunub.

İstanbuldakı son terror hücumlarının təşkilatçısının əslən çeçen  "tək qollu” ləqəbi  ilə tanınan Əhməd Çatayev olduğu bildirilir.

 
Əhməd Çatayev-hava limanında terror törədən şəxs

İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. "Kalaşnikov"la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb