Kislotalı təhdid və kişilərin şortik sevdası - FOTOLAR

10:20 | 03.09.2015
Kislotalı təhdid və kişilərin şortik sevdası - FOTOLAR

Kislotalı təhdid və kişilərin şortik sevdası - FOTOLAR

İnsanların çox az hissəsi yeniliyə, sovet dönəminin terminindən istifadə eləsək, navatorluğa həvəslidir. Yaradılış etibarilə biz mühafizəkarlığa meylliyik, çoxumuz keçmişə daha çox bağlı oluruq, nəinki gələcəyin necə olacağına...

Bir vaxtlar qadınların mini yubka, yaxud yarıqlı don geyinməyi ictimai qınaqla qarşılanırdı və məhəllə təfəkkürlü cavanlar bu geyim tərzinə görə qızları cəzalandırmağı özlərinə haqq bilirdilər. 

Amma zaman keçdi, bu geyim tərzləri köhnəldikcə, necə deyərlər, insanların gözləri öyrəşdikcə, heç kimin ağlına belə gəlmədi ki, hansısa qızı yarıqlı yubkasına, donuna görə təhqir etsin. 

"İndi zəmanə dəyişib" - deyənlərlə də razılaşmaq lazımdır, artıq qadınların deyil, kişilərin geyim tərzi müzakirə obyektinə çevrilib. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "şortik geyinən kişilərin üstünə kislota tökmək lazımdır" fikri əksəriyyət tərəfindən qeyri-ciddi qarşılansa da, bəziləri bu deyilənlərə haqq verdi. Yəni, Azərbaycan kişisinin şortiklə ictimai yerlərə getməsi doğru deyil. 

Məsələnin maraqlı tərəfi odur ki, Hafiz Hacıyevin kislotalı təhdidindən sonra paytaxt və ölkənin digər iri şəhərlərində şortikli kişilərin sayı artıb. ANN.Az-ın fotoreportyorunun hazırladığı fotosessiyadan da bunu aydın şəkildə görmək mümkündür.

Fotoların müəllifi Fərqanə Novruzova

 
 


































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM