Vətənində vətənsizlər - FOTOLAR

10:30 | 31.08.2015
Vətənində vətənsizlər - FOTOLAR

Vətənində vətənsizlər - FOTOLAR

Bura 1 saylı yataqxanadır - Bakıdakı, Sumqayıtdakı və digər iri şəhərlərdəki yataqxanalar kimi burada da Qarabağ müharibəsi nəticəsində öz yurdlarından köçkün düşmüş soydaşlarımızın məskunlaşdığı yer. 

Zabrat qəsəbsində yerləşən bu yataqxanada Zəngilandan, Kəlbəcərdən, Ağdamdan köçkün düşmüş həmvətənlərimiz yaşayırlar. Əgər buna yaşayırlar demək mümkündürsə...

Qapıdan içəri girib yataqxananın qaranlıq və hisli  dəhlizi ilə irəliləyirəm. Məni burada ilk qarşılayan yataqxananın uşaqları olur. Sonra hər qapıdan bir qadın, bir sakin çıxır, dəhlizdəki səs-küy də artır. İnsanların bu kamera fobiyası həmişə işimdə qarşıma çıxan birinci çətinliyimdir desəm, yəqin ki yanılmaram. Onlardan daha çox uşaqlar mənimlə ünsiyyətə girib müxtəlif suallar verməyə başlayırlar. 

1993-cü ildə Zəngilandan köçkün düşüb Bakıya gələn, adını söyləmək istəməyən qadınlardan biri yataqxananın otaqlarını, dəhlizlərini göstərərək çəkməyimi xahiş edir. Aidiyyatı qurumlardan buranı ziyarət edən olub-olmadığı ilə maraqlandığımda qadın "ay qızım, biz ancaq seçkidən seçkiyə yada düşürük. Onda da heç gəlib söz deməyə də ehtiyac hiss etmirlər, adımızdan imzalar elə gedir, xəbərimiz də olmur” - deyir. 
 
Mən yataqxananın dəhlizlərini, otaqlarını gəzib xeyli foto çəkirəm. Bütün bunları gördükcə ağlımdan belə bir fikir keçir: "Azərbaycan xalqı doğrudan da, səbrli və dözümlü xalqdır. Səbirliyik ki, onlarla ailə bir çatı altına yığılıb, dözümlüyük ki, bu çatı altına yığılanlar buranın natəmizliyinə, şəraitsizliyinə tab gətirir".
 
Fərqanə Novruzova
Fotolar müəllifindir






 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM