Tarixi fotolarda əks etdirən xalq generalı - FOTOLAR

09:30 | 24.08.2015
Tarixi fotolarda əks  etdirən xalq generalı - FOTOLAR

Tarixi fotolarda əks etdirən xalq generalı - FOTOLAR

Bizlərə uzaq deyil bu keçmiş. Bugünkü gəncliyimizə, gələcəyimizə keçmişin tarixə həkk olunuş qan yaddaşından xəbər verən bu  fotolara baxdıqca o dəhşəti görürük. 

General Əli bəy - onu bu adla tanıyır hər kəs. Əsl adı Əlövsət Qasımov olan bu qeyri-adi insan Qarabağ döyüşlərində həlak olan 950 şəhidin ailələrinə göndərilməsində, eləcə də erməni vəhşiləri tərəfindən tanınmaz hala salınan, başı kəsilən, min bir işgəncəyə məruz qalan şəhidlərimizin hər birinin foto-şəklini çəkərək erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-səlnamənin yaradılmasında əvəzsiz rolu olub.  

Əlövsət Qasımov 2007-ci ilin 27 may tarixində "Qarabağ həqiqətlərinin Beynəlxalq Aləmə Tanıdılması" İctimai Birliyini yaradıb və onun sədridir. 

Əlövsət Qasımovun göstərdiyi xidmətlər "Müharibənin canlı ensiklopediyası”, "Erməni vandalizmi”, "Başsız meyit,” "Şahid şəhidlər haqqında”, "Qanlı köynəklər”, "Ölümlə üz-üzə”, "Sonsuz erməni vandalizminin iç üzü”, "Oğurlanmış tarixi soyqırım”, "Sağlamlığın sirri”, "Erməni terroru”, "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” və "Heydər Əliyevin hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapıb. 

Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən "Ruhumun harayı” və "Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. 

Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunun Yengicə kəndindən qaçqın düşüb. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7 il iştirak edib. Onun lentə aldığı foto-şəkillər erməni vəhşiliyini sübut edən əsil sənəd kimi saxlanılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb