Müflis olan sahibkarlar və bağlanan obyektlər - FOTOLAR

09:24 | 20.10.2015
Müflis olan sahibkarlar və bağlanan obyektlər - FOTOLAR

Müflis olan sahibkarlar və bağlanan obyektlər - FOTOLAR

Son günlər istər Bakıda, istərsə də ölkənin digər şəhər və rayonlarında obyektlərin, dükan və kafelərin bağlanması haqqında kütləvi informasiya vasitələrində xəbərlər dolaşmaqdadır. Belə bir vəziyyətin yaranmasına səbəb kimi iqtisadi amillər göstərilir. Bu ilin fevral ayında ölkədə baş verən devalvasiyadan sonra xaricdən mal ixrac edən sahibkarlar ziyana düşdüklərini, xərclərinin artdığını bildirirdilər. Amma dövlət başçısı yanında keçirilən sonuncu iclasdan isə məlum oldu ki, sahibkarların fəaliyyətinə mane olan subyektiv faktorlar - yəni səlahiyyətli, vəzifəli şəxslərin müdaxiləsi də mövcud imiş.

Hazırda bu istiqamətdə araşdırmalar aparılmasına və xüsusi komissiya yaradılmasına baxmayaraq, müflis olmuş sahibkarlar obyektlərini bağlamaq və ya həmin yeri başqalarına icarəyə vermək məcburiyyətində qalıblar.

ANN.Az-ın fotoreportyoru Bakının "Tarqovi" küçəsində, metronun "Sahil", "Xətai" stansiyası ətrafında, eləcə də Əhmədli qəsəbəsində olub və qarşılaşdığı mənzərələrin fotosunu çəkib. Necə deyərlər, min danışmaqdansa, bir görmək daha yaxşıdır. Buyurun, fotosessiyaya baxın.

Fotoların müəllifi Fərqanə Novruzovadır

 

 
 































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb