Komitə sədri: "Dindən sui-istifadə edirlər"

18:00 | 27.12.2017
Komitə sədri:

Komitə sədri: "Dindən sui-istifadə edirlər"

"Bu gün dünyada dindən sui-istifadə hallarını müşahidə etməkdəyik. Dindən istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaradaraq faciələrə gətirib çıxaran hadisələr törədilir"

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Söz azadlığı və dini icmalar” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var. 

"Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə dövlət-din modeli mövcuddur. Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir" , - deyə komitə sədri qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM