• $
  • €
  • ₽
  • ₺
  • £

"Sonuncu" tamaşasının premyerası

"Sonuncu" tamaşasının premyerası
21.09.2015 11:45
Azərbaycan Dövlət YUĞ Teatrı 26-cı teatr mövsümünü açıb.

"Report" xəbər verir ki, teatr yeni mövsümünə "Sonuncu” tamaşasının premyerası ilə başlayıb. Gənc yazar Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı xalq artisti, əməkdar incəsənət xadimi, tanınmış rejissor Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edib.

Tamaşanın premyerasında Azərbaycanın görkəmli şairi Ramiz Rövşən, xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal və başqa qonaqlar iştirak edib.
Tamaşadan əvvəl, YUĞ Teatrının direktoru Tərlan Rəsulov mövsümün açılışı münasibətilə hər kəsi təbrik edib. Tamaşanın rejissoru xalq artisti Ramiz Həsənoğlu, əsərin müəllifi Pərvin hər kəsi yeni tamaşanı seyr etməyə, fikir və düşüncələrini tamaşadan sonra bildirməyə çağırıb.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Günümüzün reallığını əks etdirən, bir aktyorun faciəli həyatından bəhs edən tamaşa alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu il YUĞ Teatrının aktyoru, əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. Bu münasibətlə, "Sonuncu” tamaşası həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol