• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Filarmoniyasının direktoruna şiddətli töhmət verildi

Dövlət Filarmoniyasının direktoruna şiddətli töhmət verildi
21.12.2015 19:22
Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki Dram Teatrlarının yaradıcılıq fəaliyyəti və repertuar siyasəti, Turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəaliyyəti və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, "Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi müzakirə olunub.
 
İclasda Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Qeyd olunub ki, bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.
 
Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib.
 
Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edilib. 
 
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq olunub. 
 
Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol