• $
  • €
  • ₽
  • ₺
  • £

ADGTT həftəsonu maraqlı tamaşalar təqdim edəcək

ADGTT həftəsonu maraqlı tamaşalar təqdim edəcək
23.09.2016 19:13
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu sentyabr ayının 24-25-də həm kiçik yaşlı tamaşaçıları, həm də böyüklər üçün bir-birindən maraqlı tamaşalar təqdim edəcək. 

Belə ki, 24 sentyabr tarixində saat 12.00-da teatrın səhnəsində uşaqlar üçün H.K.Andersenin "Çirkin ördək balası”, axşam saat 19.00-da K.Qoldoninin "Mehmanxana sahibəsi” komediyası tamaşaçıların ixtiyarına veriləcək. 

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin "Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir. 

Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, Rasim Cəfərov, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev və başqaları ifa edəcəklər.  

Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi” əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib. 

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev çıxış edəcəklər.  

Sentyabr ayının 25-də saat 12.00-da A.Şaiqin "Danışan gəlincik”, axşam saat 19.00-da isə İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı” tamaşaları nümayiş etdiriləcək. 

Klassik Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulub. Iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.  

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, İradə Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov və başqaları iştirak edəcəklər.  

Görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan "Sarıköynəklə Valehin nağılı” tamaşasının quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Səhnə əsərində əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova və başqaları ifa edəcəklər. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol