• $
  • €
  • ₽
  • ₺
  • £

İlhamə Quliyevanın ailəsində qalmaqal

İlhamə Quliyevanın ailəsində qalmaqal
17.10.2018 15:08
Mərhum İlhamə Quliyevanın vərəsələri olan bacı və qardaşları Orxan Nadirovun həbs edilməsi ilə bağlı açıqlama veriblər. 

Quliyevlər ailəsini təmsil edən vəkil Zaur Niftəliyev Oxu.Az-a bildirib ki, heç vaxt kimlərəsə qarşı əsassız ittihamla çıxış etmədikləri halda şər, böhtan və yalanın qurbanına çevriliblər. 

Quliyevlərin fikrini ifadə edən vəkil qeyd edib ki, əvvəla onların vərəsə olmalarını özləri deyil, qanun müəyyən edib:

"Belə ki, mərhum İlhamə Quliyevanın onlardan yaxın qohumları (bacı və qardaş) olmadığından Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə altı vərəsə mərhum xalq artistinin vərəsəsi tanınıb. Özünü İlhamə Quliyevanın oğlu olaraq ictimaiyyətə təqdim edən Orxan Nadirov isə mərhum İlhamə xanımın oğlu deyil. O.Nadirov övladlığın tanınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilib.

Bütün bunlara baxmayaraq Quliyevlər ailəsi dəfələrlə O.Nadirova söz-söhbətlərə son qoymaqla gəlib onlarla birlikdə olmağı (yəni qeyri rəsmi vərəsə olmağı) təklif etsələr də, Orxan yeganə vərəsə olduğunu, miras əmlakın yalnız ona çatacağını iddia edib təklifləri rədd etmişdir. 

Atalar isə başqa cür buyurub, çox istəyən azdan olar. Odur ki, mediaya çıxıb O.Nadirovu tərifləyən, onun mərhum İ.Quliyevanın oğlu olduğunu bəyan edən şəxslərə həqiqəti və düzgün danışmaqları tövsiyə olunur”.

Son vaxtlar mediada O.Nadirovun həbs olunmasını az qala Quliyevlər ailəsi ilə əlaqələndirilməsinə fikir bildirən vəkil qeyd edib ki, bu tam ədalətsiz bir iddiadır. Belə ki, Orxan Nadirov əvvəllər də bir neçə dəfə məhkum və həbs olunub, onu kimsə dələduzluq etməyə məcbur etməyib: 

"Əksinə, uzun müddət güzəştə gedən Quliyevlər ailəsi artıq dözməyib O.Nadirovun haqqında miras əmlaka aid "BMW 750i” markalı avtomaşının talanması ilə bağlı Xəzər rayon Polis İdarəsinə, külli miqdarda mərhum İ.Quliyevanın mənzilindən əşyaların talanması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət ediblər” - deyə, o bildirib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol