• $
  • €
  • ₽
  • ₺
  • £

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb

“Xəzər” dünya ədəbiyyatı jurnalı çapdan çıxıb
31.10.2014 14:52
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb.
 
Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi (tərc. Elcan Salmanqızı) və “Qismət” hekayəsi (tərc. Yaşar) ilə açılır.
 
“Qızıl dövrün şairləri” rubrikasında Ramiz Rövşənin tərcüməsində Aleksandr Sergeyeviç Puşkinin “Dərsliklərdə olmayan şeirlər”i ilə tanış ola bilərsiniz. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir. Afaq Məsudun tərcüməsində “Xilas yolunun yolçuları” və  “Müqəddəslər və onların söylədikləri”ni oxuya bilərsiniz.
 
Nəsr bölməsində isə görkəmli Argentina yazıçısı Ernesto Sabatonun “Tunel” (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun “Svana doğru” (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey (tərc.M.Qarayev) və Ruben Bareyronun (tərc. S.Budaqlı) hekayələri verilib. Türkiyə yazıçısı Orxan Pamukun “Mənzərədən parçalar” esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.
 
Jurnalda həmçinin “Aforizmlər və sitatlar”, “Yazıçı yazıçı haqqında”, “Duyğular, düşüncələr”, “Türk qardaşlarımız”, “Debüt” rubrikalarında bir sıra başqa maraqlı materiallarla tanış ola bilərsiniz.
 
Xatırladaq ki, “Xəzər” jurnalı 1989-cu ildən nəşr olunur. Hal-hazırda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir.
 
Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. ədəbi materiallar peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir.
 
Son illər maddi sıxıntılar səbəbindən dövriliyində fasilələr yaranmış jurnalın bu il 2, gələn ildən isə il ərzində 4 sayının çapı nəzərdə tutulur.
Kulis.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol