• $
  • €
  • ₽
  • ₺
  • £

“Oskar” mükafatlandırma mərasimində aparıcı olmayacaq

“Oskar” mükafatlandırma mərasimində aparıcı olmayacaq
06.02.2019 19:00
Bu ilin "Oskar” mükafatlandırma mərasimi ilk dəfə olaraq aparıcısız keçiriləcək. Bu, ABŞ kinematoqrafiya sənət və elmlər akademiyası tarixində son 30 il ərzində ilk belə haldır.

Bu barədə BBC məlumat yayıb.

"Oskar” mükafatlandırma mərasiminin yayım hüquqlarına malik olan "ABC Entertainment” telekanalının rəhbərliyi aparıcının olmayacağına görə, mükafatları təqdim edən aktyor və aktrisalara daha çox vaxt ayrılacağını diqqətə çatdırıb.

Xatırladaq ki, mükafatlandırma mərasiminin aparıcısı təyin olunmuş yumorist və komediya aktyoru Kevin Hart dekabr ayında "Twitter”də homofob (cinsi azlıqlara qarşı qərəzli - red.)  məzmunlu ismarıclarından sonra düşən qalmaqala görə mərasimi aparmaqdan imtina etmişdi.

Sonuncu dəfə aparıcısız "Oskar” mükafatlandırma mərasimi 1989-cu ildə baş tutub. Həmin vaxt prodüser Allan Karr məşhurlardan ibarət mükafat təqdimatçılarına daha geniş vaxt vermək üçün belə qərara gəlmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol