• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən böyük “CinemaPlus” kinoteatrı açılıb

Azərbaycanda ən böyük “CinemaPlus” kinoteatrı açılıb
14.10.2021 16:00
Xəzər dənizinin sahilində, Azərbaycanda analoqu olmayan "Dəniz Mall” ticarət mərkəzində ən yeni 4DX texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük "CinemaPlus” kinoteatrı açılıb.

Kinoteatrdan verilən məlumata görə, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilmiş blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir.

Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud və yerli filmlər nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur.

Bütün filmlərin premyeraları 4DX formatında yayımlanır.

Həmçinin kinoteatrda, zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Tamaşaçılar fərdi işıqlandırma və gadjetlərin şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.

Kinoteatrda xüsusi qonaqlar üçün quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları var. Bütün oturacaqlar bir-birindən müəyyən məsafədə yerləşir, bu da rahatlıq mühiti yaradır. Son sıralarda, ev şəraitini xatırladan rahat divanlar var.
"CinemaPlus Dəniz Mall” kinoteatrı 11 zaldan və 1000-dən çox oturacaqdan ibarətdir.

"CinemaPlus” kinoteatrlar şəbəkəsinə 10 kinoteatr, 50-dən çox ekran və 5 000-dən çox oturacaq daxildir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol